Medianews.az
Mövsümün gizli təhlükəsi:
137 baxış

Mövsümün gizli təhlükəsi: Gilas qaraciyəri belə piyləndirir

Qastroenteroloq Sergey Vyalov gilas və albalı sevənləri bu faydalı giləmeyvələrin bəzi hallarda orqanizmə ciddi ziyan vura biləcəyi barədə xəbərdarlıq edib.

Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, gilas və albalının insan orqanizminə vitamin bəxş etməsi və faydalı olması üçün sutkalıq norma maksimum 250 qram təşkil etməlidir.

Lakin bir çox insan mövsümdə birdəfəyə bir kiloqrama yaxın gilas istehlak edir. Ekspert vurğulayır ki, bu miqdarda giləmeyvə qəbulu orqanizmə həddindən artıq fruktoza (meyvə şəkəri) yükləyir: "Bir kiloqram gilas yemək qaraciyərin həddindən ziyadə yüklənməsinə səbəb olur və orqanizmdə piylənmə prosesini sürətləndirir", — deyə həkim bildirib.

Medianews.az

Bizə qoşulun