Medianews.az
Moskvadan Parisə ittiham:
102 baxış

Moskvadan Parisə ittiham: “Gizli əlaqələr qurmaq istəyirlər”

Fransa rəhbərliyi Avropa İttifaqından (Aİ) gizli şəkildə Rusiya ilə əlaqələr qurmağa çalışır.

Medianews.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron Aİ-nin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi üçün vasitəçi ola bilməyəcəyini desə də, pərdəarxası fərqli addımlar atır:

"Mən bu bəyanatı Parisin vicdanına buraxıram. Çünki Fransa özü Brüsseldən və digərlərindən gizli şəkildə Moskva ilə qapalı təmaslar qurmaq üçün müraciət etməkdən çəkinmir", — deyə rusiyalı diplomat vurğulayıb.

Medianews.az

Bizə qoşulun