Medianews.az
Modelin meyiti
90 baxış

Modelin meyiti çamadanda tapıldı - FOTO

Kolumbiyada 36 yaşlı modelin meyiti kirayə qaldığı mənzildə çamadan içində tapılıb.

Medianews.az xəbər verir ki, hadisə Boqotada baş verib.

Polis hadisə ilə bağlı iki əcnəbini axtarır: ABŞ və Böyük Britaniya vətəndaşları mənzildə sonuncu dəfə görülən şəxslər kimi müəyyən edilib. Onların hadisə yerindən sonra yoxa çıxdığı bildirilir.

Qadının cəsədi hamam otağında çamadan içində gizlədilmiş vəziyyətdə aşkarlanıb, mənzildən şəxsi əşyaları və sənədləri də götürülüb.

Hazırda polis təhlükəsizlik kameralarını, binaya giriş qeydlərini və şübhəlilərin hərəkətlərini araşdırır.

Medianews.az

Bizə qoşulun