"Arzum9999" ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevaya dəstək məqsədilə onlayn petisiya başladılıb.
Müxtəlif sosial şəbəkə qruplarında yayılan paylaşımlarda vətəndaşlara petisiyanı imzalamaq çağırışı edilir.
Paylaşım müəllifləri İlduzə Hacıyevanın haqsız yerə həbs olunduğunu iddia edərək kampaniyaya dəstək istəyiblər.
Yayılan müraciətdə bildirilir ki, petisiya kifayət qədər imza topladıqdan sonra Prezident Administrasiyasına, Ombudsmana və digər aidiyyəti dövlət qurumlarına təqdim olunacaq.
Paylaşım müəllifi İlduzə Hacıyevanı şəxsən tanımadığını, lakin haqsızlıq olduğunu düşündüyü üçün təşəbbüsə qoşulduğunu da qeyd edib.
Hazırda petisiyada 242 nəfərin imza atdığı görünür. Kampaniya müəllifləri yaxın vaxtlarda imza sayını 500-ə çatdırmağı hədəflədiklərini bildirirlər.
Qeyd edək ki, petisiyada və sosial şəbəkələrdə səsləndirilən iddialar kampaniya təşkilatçılarına məxsusdur. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən hələlik rəsmi açıqlama verilməyib.\\sfera.az