Medianews.az
"Qarabağ" "Vestri" oyunlarına
98 baxış

"Qarabağ" "Vestri" oyunlarına iki legionersiz gedir

"Qarabağ" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Medianews.az xəbər verir ki, qurumun rəsmi saytında açıqlanan yekun siyahıda tələbinı uyğun olaraq  25 futbolçu yer alıb. Onlardan 4 nəfəri - Teymur Həsənov, Bilal Hacıyev, Hikmət Cəbrayılzadə və Əli Bəşirov klubun özünün yetirməsidir və B siyahısında yer alır. Bu, UEFA-nın Avropa kubokları yarışına qatılan hər bir klub üçün mütləq tələbidir.

"Qarabağ"ın iştirak ərizəsi:

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Teymur Həsənov (B), Bilal Hacıyev (B) Mateuş Koxalski

Müdafiəçilər: Mateus Silva, Bençe Varkonyi, Bruno Lanqa, Bəhlul Mustafazadə, Dani Bolt, Elvin Cəfərquliyev, Bədavi Hüseynov.

Yarımmüdafiəçilər: Jali Muaddib, Marko Yankoviç, Abdullah Zubir, Kadi, Oleksey Kaşuk, Cebrail Makreşkis, Hikmət Cəbrayılzadə (B), Pedro Bikalyo, Əli Bəşirov (B), Samuel Lobato.

Hücumçular: Zakariya Savo, Musa Qurbanlı, Renaldo Sefas.

Qeyd edək ki, "Qarabağ"ın legionerlərindən Jeremi Qnali və yeni transferlərdən qapıçı Martin Zlomisliç "Vestri" ilə oyunlar üçün siyahıda yer almayıb. Amma onlar növbəti avrokuboklar matçları üçün siyahıya düşə bilərlər.

"Qarabağ" la "Vestri" arasında ilk oyun bu gün Bakıda, cavab matçı isə iyulun 16-da Reykyavikdə keçiriləcək./Qol.az

Bizə qoşulun