Diyetoloq Sofi Medlin mağazalarda satılan mayonezlərin zərərli olması barədə fikirləri təkzib edərək, bu populyar sousun gözlənilməz faydalarından danışıb.
Medianews.az xəbər verir ki, Medlinin sözlərinə görə, bir qaşıq mayonezdə 100 kilokalori, 10 qram yağ var və tərkibində zülal yoxdur. Bununla belə, diyetoloq hesab edir ki, bu göstəricilər mayonezi rasiondan tamamilə çıxarılmalı olan zərərli bir qidaya çevirmir.
Ekspertin sözlərinə görə, mayonezin digər souslarda olmayan unikal üstünlükləri var:
"Mayonezin tərkibində çoxlu doymamış yağlar var ki, onların qəbulu ürək-damar xəstəlikləri riskini azaldır. Həmçinin, mayonez tərəvəzlərin tərkibində olan, lakin yağsız orqanizm tərəfindən mənimsənilməyən A, D, E və K kimi piyda həll olan vitaminlərin sorulmasına kömək edir".
Diyetoloq vurğulayıb ki, bu baxımdan orijinal (tam yağlı) mayonezlər orqanizm üçün yağsız variantlardan daha faydalıdır. Belə məhsul daha kalorili olsa da, normasında istehlak edildikdə bədən quruluşuna heç bir zərər vurmur. Sonda ekspert mayonez alarkən əsas diqqəti onun tərkibinə yetirməyi və yalnız təbii inqrediyentlərdən hazırlanan məhsulları seçməyi tövsiyə edib.
Medianews.az