Medianews.az
Miqren xəstələrinə qida ilə bağlı vacib
94 baxış

Miqren xəstələrinə qida ilə bağlı vacib XƏBƏRDARLIQ

Miqren xəstəliyindən əziyyət çəkən insanlarda bəzi qidalar tutmaları gücləndirə bilər.

Medianews.az xəbər verir ki, bu barədə amerikalı həkimlər bildirib.

Mütəxəssislərin sözlərinə görə, emal olunmuş ət məhsulları – kolbasa, vetçina kimi qidalar miqren tutmalarını gücləndirə bilər. Həmçinin parmezan, çeddar, brie, kamamber və qouda kimi uzun müddət saxlanılmış pendirlər də riskli qidalar sırasındadır.

Bundan əlavə, həkimlər qırmızı şərabın da miqrenə səbəb ola biləcəyini, hətta bəzi hallarda təsirin ertəsi gün üzə çıxa biləcəyini qeyd ediblər.

Mütəxəssislər migren xəstələrinə qida rasionlarını diqqətlə izləməyi və “tətikləyici” məhsulları müəyyən edərək onlardan uzaq durmağı tövsiyə ediblər.

Medianews.az

Bizə qoşulun