Medianews.az
Meyvə və tərəvəzi
125 baxış

Meyvə və tərəvəzi belə yuyun – xəbərdarlıq

Terapevt Dmitri Demidik meyvə və tərəvəzlərin düzgün yuyulmasının infeksiyalardan qorunmaq və səthdə qala bilən kimyəvi maddələrin təsirini azaltmaq üçün vacib olduğunu bildirib.

Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, meyvə və tərəvəzlər qabığı soyulacaq olsa belə, əvvəlcə mütləq yuyulmalıdır. Əks halda, səthdəki kir və bakteriyalar bıçaq vasitəsilə məhsulun içinə keçə bilər. O, məhsulların yalnız istifadə ərəfəsində yuyulmasını tövsiyə edib, çünki nəm mühit bakteriyaların çoxalmasını sürətləndirir.

Demidik qeyd edib ki, bütün meyvə və tərəvəzlər 1–2 dəqiqə axar su altında əllə və ya yumşaq fırça ilə yaxşıca yuyulmalıdır. Kartof, kök və çuğundur kimi kökümeyvələr əvvəlcə 10–15 dəqiqə ilıq suda saxlanılmalı, sonra fırçalanaraq təmizlənməlidir.

Həkim həmçinin bildirib ki, göyərti və yarpaqlı tərəvəzlər xüsusi diqqətlə yuyulmalı, qarpız, yemiş və balqabaq isə isti su və fırça ilə təmizlənməlidir. Giləmeyvələrin axar su altında yuyulması, çiyələyin isə əvvəlcə qısa müddət sərin suda saxlanılması tövsiyə olunur.

Mütəxəssis məhsulların yuyulması üçün qabyuyan vasitələrdən və sabundan istifadə edilməsini məsləhət görməyib. Onun sözlərinə görə, bəzi pestisid qalıqlarını azaltmaq üçün meyvə və tərəvəzləri qida sodası məhlulunda saxlamaq, yuyulduqdan sonra isə təmiz dəsmal və ya kağız salfetlə qurulamaq faydalıdır.

Medianews.az

Bizə qoşulun