Medianews.az
Meyitni 3 il yorğanda saxladı,
91 baxış

Meyitni 3 il yorğanda saxladı, pulunu xərclədi - FOTOLAR

ABŞ-də 59 yaşlı baxıcı himayəsində olan 86 yaşlı qadının meyitni yorğana büküb və 3 il gizlədib.

Medianews.az xəbər verir ki, hadisə İllinoys ştatında baş verib.

Polis 2025-ci ilin noyabrında Lilli Prindlin evində yoxlama apararkən onun mumiyalaşmış meyitini aşkar edib. Meyit yorğanlara bükülmüş halda qonaq otağındakı kresloda tapılıb.

İstintaq zamanı baxıcı İnqliş Uit qadının 2022-ci ildə öldüyünü bildiyini etiraf edib. O, bu müddətdə yaşlı qadının bank kartlarından istifadə edərək kommunal xərcləri ödəyib, qalan pulları isə şəxsi ehtiyaclarına xərcləyib. Məlumata görə, o, təxminən 130 min dollar mənimsəyib.

Məhkəməyədək sərbəst buraxılan qadın daha sonra qaçıb və hazırda polis tərəfindən axtarılır.

Medianews.az

Fotoda Lilli Prindl

Fotoda  İnqliş Uit

Bizə qoşulun