ABŞ-li aktyor Tom Kruz 2026-cı il futbol üzrə dünya çempionatının bağlanış mərasimində iştirak edəcək.
Medianews.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mərasim iyulun 19-da, turnirin final matçından əvvəl Nyu-Cersidəki "Metlayf" stadionunda baş tutacaq.
Şouda, həmçinin müğənnilər Laura Pauzini, Nikol Şerzinger, Robbi Uilyams və bloqer IShowSpeed çıxış edəcəklər. "Oskar", "Emmi", "Qremmi" və "Toni" mükafatları sahibi Cennifer Hadson isə ABŞ-nin dövlət himnini ifa edəcək.
Xatırladaq ki, daha əvvəl final oyununun fasiləsində Şakira, Madonna, Castin Biber və "BTS" qrupunun çıxış edəcəyi bildirilmişdi.
