Medianews.az
SEPAH Küveytdəki iki ABŞ bazasına
96 baxış

SEPAH Küveytdəki iki ABŞ bazasına zərbələr endirib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən iki ABŞ hərbi bazasındakı obyektlərə hücum etdiyini bildirib.

Bu barədə SEPAH məlumat yayıb.

"Əli əs-Salim" aviabazasında ABŞ qüvvələrinə məxsus iri hərbi texnika anbarına, "Patriot" hava hücumundan müdafiə sisteminə və MQ-9 pilotsuz uçuş aparatlarının yerləşdiyi anqara dronlarla zərbələr endirdik. Həmçinin "Əl-Ədiri" kazarmalarında yerləşən ABŞ hərbçilərinin dislokasiya məntəqəsinə və iki helikopter anqarına hücum edilib", - deyə məlumatda qeyd olunub.

Qeyd olunub ki, hücumlar nəticəsində bir neçə hərbçi ölüb və yaralanıb, həmçinin helikopterlərə və pilotsuz uçuş aparatlarına ciddi ziyan dəyib.

SEPAH, həmçinin regionda ABŞ-yə məxsus telekommunikasiya qüllələrindən birinə zərbə endirildiyini bildirib./"Report" 

Bizə qoşulun