Fransa millisinin və “Marsel”in sabiq hücumçusu Andre-Pyer Jinyak karyerasını bitirib.
Bu barədə RMC məlumat yayıb.
KONKAKAF Çempionlar Liqasının finalında “Toluka”ya qarşı oyun “Tiqres”in 40 yaşlı hücumçusunun peşəkar karyerasında sonuncu olub.
Həlledici matçda fransız futbolçunun komandası penaltilərdə məğlub olub (1-1, penaltilərdə 5-6).
O, son 11 mövsümü Meksika liqasında keçirib və “Tiqres”də oynayıb. Hücumçu 444 oyunda 219 qol vurub. “Tiqres”lə beş Meksika çempionluğunu və KONKAKAF Çempionlar Liqasını qazanıb.
Futbol karyerası ərzində Jinyak Fransanın “Loryan”, “Tuluza” və “Marsel” komandalarında oynayıb.
Jinyak Fransa millisində 36 oyun keçirib və 7 qol vurub. Hücumçu Avro 2016-da gümüş medal qazanıb və 2010-cu ildə Cənubi Afrikada keçirilən Dünya Kubokunda oynayıb./publika.az
