Medianews.az
Mbappe Ronaldonu
140 baxış

Mbappe Ronaldonu geridə qoydu

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında ikinci pilləyə yüksəlib. DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda İraq üzərində 3:0 hesablı qələbədə dubla imza atan Mbappe mundiallardakı qol sayını 16-ya çatdırıb.

Medianews.az xəbər verir ki, bununla o, braziliyalı Ronaldo Nazariodan (15 qol) irəli keçərək almaniyalı Miroslav Kloze ilə eyni göstəriciyə nail olub.

Hazırda dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu Argentina millisinin kapitanı Lionel Messidir. Təcrübəli hücumçunun aktivində 18 qol var.

Qeyd edək ki, həm Fransa, həm də Argentina millisi DÇ-2026-nın pley-off mərhələsinə vaxtından əvvəl vəsiqə qazanıb.

Medianews.az

Bizə qoşulun