Yanvar-noyabr aylarında Azərbaycanda kənd təsərrüfatı məhsulu 2024-cü ilin eyni dövrünə nəzərən 1,1 artıb. Bitkiçilikdə yüksəliş 1,9 faiz, heyvandarlıqda 0,4 faiz göstərilir.
Medianews.az bildirir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, nəqliyyat sektorunda yük daşınması üzrə 2 faiz, sərnişin daşınması üzrə 5,6 faiz, informasiya və rabitə xidmətlərinin həcmində 8,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərində 8,9 faiz, əhalinin nominal gəlirlərində 8,1 faiz, ictimai iaşə dövriyyəsində 12,8 faiz artım qeydə alınıb.