Medianews.az
Lukaşenko Moskvaya getdi
76 baxış

Lukaşenko Moskvaya getdi

Belarus Prezidenti Aleksandr Lukaşenko 9 May - Faşizm üzərində qələbənin ildönümü ilə bağlı keçiriləcək paradda iştirak etmək üçün Moskvaya gedib.

Belarus liderinin Rusiya Prezidenti Vladimir Putinlə ayrıca görüşü də planlaşdırılır.

"Onlar bu tarixi birlikdə keçirmək və eyni zamanda aktual məsələləri müzakirə etmək üçün münasib vaxt olduğu barədə qərara gəliblər", - Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib. 

Minskə qayıtdıqdan sonra Lukaşenkonun ölkəsində keçiriləcək təntənəli tədbirlərdə iştirak edəcəyi bildirilir./milli.az

Bizə qoşulun