Medianews.az
Los Ancelesdə YANĞIN:
81 baxış

Los Ancelesdə YANĞIN: Xəbərdarlıq edilib

Los Anceles şəhərinin mərkəzində yerləşən anbarlardan birində yanğın baş verib.

Medianews.az xəbər verir ki, hadisə nəticəsində şəhər səması tüstü ilə örtülüb və sakinlərə olduqları yerdə qalmaq, çölə çıxmamaq barədə xəbərdarlıq edilib.

Kaliforniya ştatının Los Anceles Yanğınsöndürmə Xidməti Boyle Heights ərazisində, damında çoxsaylı günəş panelləri olan böyük anbarda baş verən yanğına müdaxilə edib.

Rəsmilər tüstünün yayılması səbəbilə yaxınlıqda təhlükəli maddələr ola biləcəyi barədə də əhaliyə xəbərdarlıq ediblər.//Bakues.az 

Bizə qoşulun