Medianews.az
"Liverpul" "Barselona"nın ulduzu üçün
69 baxış

"Liverpul" "Barselona"nın ulduzu üçün 80 milyon avro ödəməyə hazırdır

"Liverpul" rəhbərliyi mövsüm sonunda transferlər üçün böyük pullar xərcləməyə hazırlaşır.

Medianews.az Offsideplus.az-a istinadən xəbər verir ki, onlar yay transfer pəncərəsində "Barselona"nın müdafiəçisi Jül Kundeni heyətinə qatmaq üçün böyük addım atmağı planlayıb. "Qırmızılar" fransalı ulduz futbolçu üçün rekord məbləğ sayılacaq bir büdcə ayırıb.

​Mersisayd təmsilçisi Jül Kunde transferi üçün kataloniyalılara 80 milyon avro təklif etmək niyyətindədir. Müdafiənin həm mərkəzində, həm də sağ cinahında inamlı çıxışı ilə seçilən 25 yaşlı futbolçu, klubun müdafiə xəttini gücləndirmək üçün əsas hədəf seçilib.

Bizə qoşulun