Medianews.az
Lənkəranın icra başçısı 44 nəfəri işdən
49 baxış

Lənkəranın icra başçısı 44 nəfəri işdən çıxardı

İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətində 49 vəzifə ləğv edilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.

Məlumata görə, vəzifəsini itirənlərdən 42 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyin baş məsləhətçisi - baş mühasibidir. Digər şəxslər isə Lənkəran Şəhər İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.

Məlumata görə, vəzifəsi ləğv edilənlərdən beş nəfər icra hakimiyyəti və tabe qurumlarda digər vəzifələrə təyin edilib. Qalan 44 nəfər isə işsizdir.(Oxu.az)

Bizə qoşulun