İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi ölkə rəhbərliyi arasında panikaya səbəb olub. Rəsmilər yeni hədəfli qətllərdən ehtiyat edirlər.
Bu barədə “The New York Times” İran hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Laricaninin ölüm xəbəri yayıldıqdan sonra yüksək vəzifəli şəxslər öz təhlükəsizliklərini fəal şəkildə müzakirə etməyə başlayıblar.
Rəsmilərdən biri bildirib ki, ona həmkarlarından “Növbəti hədəf kim olacaq?” sualı ilə zənglər gəlir.
Digəri isə etiraf edib ki, hadisədən o qədər sarsılıb ki, titrəyir və əsas qorxu İsrailin İran rəhbərliyinə qarşı hədəfli əməliyyatları davam etdirəcəyi ilə əlaqəlidir.//Teleqraf