Sosial mediada heyvana qarşı rəhmsiz davranışı əks etdirən kadrlar geniş rezonans doğurub.
Bloger Saleh Nəsirov tərəfindən paylaşılan videoda bir şəxsin göyərçinə hücum etdiyi üçün pişiyi kəndirlə boğduğu anlar əks olunub.
Məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Kürdəmir rayonunun Söyüdlər kənd sakini İlkin Əsgərov olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, onun psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq, barəsində qanunvericiliyə uyğun tədbir görülüb.