Böyük Britaniyada məşhur kulinariya şoularında iştirak edən teleaşpaz zorlamada şübhəli bilinərək saxlanıb.
Medianews.az xəbər verir ki, bir qadın aşpazı cinsi təcavüzdə və razılıq olmadan intim əlaqəyə məcbur etməkdə ittiham edib.
Hadisənin bu ilin yanvarında Londonda baş verdiyi bildirilir. Teleaşpaz aprelin 11-də polis tərəfindən saxlanılıb. Hazırda istintaq davam edir, onun kimliyi isə açıqlanmır.
Zərərçəkən qadına psixoloji və hüquqi dəstək göstərildiyi qeyd olunur.
Medianews.az