Rusiyadaəlinə bir bağlama pul götürən 9 yaşlı oğlan dörd barmağını itirib.
Medianews.az xəbər verir ki, bədbəxt hadisə Moskva vilayətinin Krasnoqorsk şəhərində baş verib.
Qurban pullara toxunduğu zaman partlayış olub.
İddiaya görə, pulda kiçik mismarlarla dolu əldəqayırma partlayıcı qurğu olub. Uşaq sağ əlinin üç barmağının travmatik amputasiyası ilə xəstəxanaya yerləşdirilib. Başqa bir barmağın falanksı kəsilmişdi. Əl özü də zədələnib, kəsiklər və əzələ yırtığı olub.
Məlumata görə, kəsilmiş barmaqların axtarışına ətrafdakılar kömək edib. Onlar tapılaraq həkimlərə təhvil verilib.
Hazırda zərərçəkənin vəziyyəti ağır qiymətləndirilir.
Medianews.az