Medianews.az
Klopp Türkiyə millisi
113 baxış

Klopp Türkiyə millisi barədə danışdı

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp Türkiyə millisinin 2026-cı il dünya çempionatındakı çıxışını dəyərləndirib.

Medianews.az xəbər verir ki, alman mütəxəssis bildirib ki, Türkiyə millisi üzərindəki böyük təzyiqin öhdəsindən gələ bilməyib və bu səbəbdən oyunda çətinliklər yaşayıb. Onun sözlərinə görə, komandanı istək və fədakarlıq baxımından günahlandırmaq düzgün deyil, çünki əsas problem yüksək təzyiqin yaratdığı gərginlik olub. Klopp həmçinin qeyd edib ki, futbolçular qələbəyə çox can atsalar da, bu, onların oyun balansını pozub və müdafiə ilə hücum arasında əlaqəni zəiflədib.

O əlavə edib ki, psixoloji gərginlik Vinçentso Montellanın rəhbərlik etdiyi komandanın öz oyun planını tam şəkildə reallaşdırmasına mane olub.

Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsində ardıcıl iki oyunda Avstraliya (0:2) və Paraqvay (0:1) yığmalarına məğlub olub./Metbuat.az

Bizə qoşulun