ABŞ-nin Texas ştatında sahilə zəhərli və qeyri-adi görünüşlü molyusklar çıxıb. HRI (Harte Research Institute) mütəxəssisləri “mavi əjdaha” kimi tanınan molyusklardan uzaq durmağa çağırıb.
Medianews.az xəbər verir ki, bu parlaq mavi rəngli canlılar insanlarda ciddi yanıq yarada bilər.
Uzunluğu cəmi 3 santimetr olan bu canlıları sahildə görmək çətindir. Buna görə də yerli sakinlərə və turistlərə diqqətli olmaq tövsiyə olunur.
“Mavi əjdaha” zəhərli dəniz orqanizmləri ilə qidalanır və onların zəhərini özündə toplayaraq müdafiə mexanizmi kimi istifadə edir. Bu səbəbdən ona toxunmaq insan üçün olduqca təhlükəlidir.
Medianews.az



