Türkiyənin sabiq müxalifət lideri Kamal Kılıçdaroğlu məhkəmə qərarı ilə 11 ay 20 gün azadlıqdan məhrum edilib.
Medianews.az xəbər verir ki, o, Rəcəb Tayyib Ərdoğan barəsində işlətdiyi ifadələrə görə “prezidentə təhqir” ittihamı ilə təqsirli bilinib.
Qərar Mersin 3-cü Asliye Cinayət Məhkəməsi tərəfindən verilib.
Kılıçdaroğlunun vəkili qərarı siyasi motivli adlandıraraq apellyasiya şikayəti verəcəklərini bildirib və hökmün dəyişəcəyinə ümid etdiklərini deyib.
Siyasətçi daha əvvəl verdiyi ifadəsində səsləndirdiyi fikirlərdən peşman olmadığını vurğulamışdı.
Qərarın hüquqi mərhələdə necə davam edəcəyi diqqət mərkəzindədir.
Medianews.az