Yaponiyanın Kumamoto prefekturasında baş verən güclü zəlzələdən sonra "Aeon Mall Kumamoto" ticarət mərkəzində partlayış qeydə alınıb.
Medianews.az xəbər verir ki, partlayış nəticəsində binanın xarici divarının bir hissəsi dağılıb.
Hadisə şahidlərinin sözlərinə görə, partlayışdan sonra əraziyə böyük toz buludu yayılıb.
Bildirilir ki, əvvəlcə bölgədə 7,1 bal gücündə zəlzələ baş verib, bir saat keçməmiş isə 6,1 bal gücündə təkrar yeraltı təkan qeydə alınıb. Hadisədən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
İlkin məlumata əsasən, zəlzələlər nəticəsində 50-dən çox insan xəsarət alıb. Rəsmilər bölgədə fəaliyyət göstərən atom elektrik stansiyalarında hər hansı nasazlığın qeydə alınmadığını açıqlayıblar.
Medianews.az