“İran müharibə və qarşıdurma tərəfdarı olmasa da, müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq”.
Medianews.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkianın birinci müavini Məhəmmədrza Arif deyib.
“ABŞ və İsrail qarşıya qoyduqları hədəflərin heç birinə nail ola bilməyib”, - İran rəsmisi iddia edib.
Məhəmmədrza Arif həmçinin sanksiyalara toxunaraq bildirib: “Xalq dözümlüdür, müqavimət göstərmək qabiliyyətinə malikdir. Xalqı sanksiyalar və ya mühasirə ilə qorxutmaq mümkün deyil, çünki bütün bu addımlar sonda onları həyata keçirənlərin özlərinə qayıdır”.