Medianews.az
“Qarabağ”: əvvəl PSJ ya “Nyukasl”, sonra “Barselona” ya “Çelsi”
108 baxış

“Qarabağ”: əvvəl PSJ ya “Nyukasl”, sonra “Barselona” ya “Çelsi”

Azərbaycanın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının 2025-2026 mövsümündə 1/16 finala adlayıb. Həmin mərhələdə “Qarabağ” ya PSJ (Fransa), ya da “Nyukasl” (İngiltərə) ilə üz-üzə gələcək.

Medianews.az bildirir ki, 1/8 finala çıxacağı halda “Qarabağ”a “Barselona” (İspaniya) və “Çelsi” (İngiltərə) komandalarının biri rəqib olacaq.

1/16 final 17-25 fevralda, 1/8 final 10-18 martda keçiriləcək.

Mövsümün finalı (30 may) Macarıstanın paytaxtı Budapeştə təyin olunub.

“Qarabağ” əvvəllər 11 mövsüm klub turnirlərinin əsas mərhələlərində yarışıb.

2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020, 2020-2021 mövsümlərində komanda Avropa Liqasının qrup mərhələsində, 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində, 2024-2025 mövsümündə Avropa Liqasının liqa mərhələsində oynayıb.

2021-2022, 2022-2023 mövsümlərində “Qarabağ” Konfrans Liqasının 1/16 finalına, 2023-2024 mövsümündə Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.

1951-ci ildə Ağdam şəhərində yaradılan “Qarabağ” (“Məhsul”, “Şəfəq”, “Kooperator” adları da daşıyıb) 1 dəfə Azərbaycan SSR-in, 12 dəfə müstəqil Azərbaycanın çempionu olub, 8 dəfə Azərbaycan kubokunu qazanıb.

Medianews.az

Bizə qoşulun