Medianews.az
Kadi Borqes Ağdam təmsilçisinin forması ilə
78 baxış

Kadi Borqes Ağdam təmsilçisinin forması ilə 40-cı dəfə fərqlənib

Kadi Borqes "Qarabağ"ın heyətində 40-cı qolunu vurub.

Medianews.az BAKU.WS-a istinadən Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Sabah"la qarşılaşmasında (2:2) dubl müəllifi olub.

O, bununla da Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını "40"a çatdırıb.

Cənubi amerikalı Premyer Liqada 24 (70 oyunda), Azərbaycan kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi "Qarabağ"ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudur.

Qeyd edək ki, Borqes "Qarabağ"da ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının III təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub.

Bizə qoşulun