İsveçrə millisinin baş məşqçisi Murat Yakin DÇ-2026-nın 1/8 finalında Kolumbiya üzərində qazanılan qələbəni (0:0, penaltilərlə 4:3) şərh edib.
Medianews.az xəbər verir ki, taktiki planın tam işə yaradığını vurğulayan mütəxəssis FIFA-ya açıqlamasında bunları deyib: "Düşünmürəm ki, hazırda siz mənim oyundan öncəki planım barədə eşitmək istəyərsiz, amma onu deyə bilərəm ki hər şey məhz düşündüyümüz və planlaşdırdığımız kimi getdi. Futbolda isə əsas olan yekun nəticədir. Əlbəttə, bu gecə bir az bəxtimiz də gətirdi, lakin bu da futbolun ayrılmaz bir hissəsidir".
Qeyd edək ki, iyulun 8-nə keçən gecə penaltilər seriyasında Kolumbiyaya qalib gələn İsveçrə dünya çempionatının 1/4 finalına yüksəlib. Murat Yakinin yetirmələri bu mərhələdə Misiri 3:2 hesabı ilə məğlub edən Argentina yığması ilə qarşılaşacaqlar.
Medianews.az