Medianews.az
İstidə belə ayaqlarınız üşüyürsə,
90 baxış

İstidə belə ayaqlarınız üşüyürsə, diqqətli olun

"İsti havada belə əl və ayaqların soyuq qalması orqanizmdə müəyyən problemlərin əlaməti ola bilər".

Medianews.az xəbər verir ki, bunu həkim Aygül Arslanova deyib. 

Onun sözlərinə görə, isti şəraitdə bədən soyumaq üçün qan damarlarını genişləndirir və qanın əsas hissəsini dərinin səthinə yönəldir. Bu zaman ətraflara qan axını nisbətən azalır və əl-ayaqlar soyuq hiss oluna bilər.

Həkim qeyd edib ki, belə vəziyyətin digər səbəbi susuzlaşmadır. Orqanizmdə maye çatışmazlığı zamanı qan daha qatı olur və qan dövranı zəifləyir ki, bu da ətrafların soyumasına gətirib çıxarır.

Arslanova əlavə edib ki, stress, həmçinin qalxanabənzər vəz xəstəlikləri kimi bəzi sağlamlıq problemləri də soyuq əl və ayaqlara səbəb ola bilər.

Mütəxəssis bu problemlə tez-tez qarşılaşan şəxslərə kifayət qədər su içməyi, stressdən uzaq durmağı və lazım gəldikdə həkimə müraciət etməyi tövsiyə edib.

Medianews.az

Bizə qoşulun