Medianews.az
İsrail Müdafiə naziri Livana
128 baxış

İsrail Müdafiə naziri Livana ultimatum verib

Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda İsrailin Müdafiə naziri Israel Katz Livan hökumətinə ultimatum verib.

Medianews.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Katz bildirib ki, əgər Livan hökuməti Hizbollah qruplaşmasının hücumlarının qarşısını almasa, İsrail ərazini nəzarətə götürərək bunu özü edəcək.

“Dünən Hizbullah İsrail Dövlətinə doğru güclü raket atəşləri həyata keçirdi. IDF buna cavab olaraq Dahiyədə və Livanın müxtəlif yerlərində Hizbullah hədəflərinə qarşı sərt zərbələr endirdi.

Mən Livan prezidentini xəbərdar etdim ki, əgər Livan hökuməti öz ərazisinə nəzarət etməyi, Hizbullahın şimal icmalarını təhdid etməsinin və İsrailə atəş açmasının qarşısını almağı bacarmasa, biz həmin ərazini götürüb bunu özümüz edəcəyik”,- Katz İsrail Müdafiə Qüvvələrinin (IDF) zabitləri ilə keçirilən qiymətləndirmə iclası zamanı deyib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb. //Trend

Bizə qoşulun