İspaniya hakimiyyəti iki sərnişin qatarının toqquşması nəticəsində baş verən qəza ilə bağlı üç günlük matəm elan edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "laSexta" telekanalı informasiya verib.
Son məlumatlara görə, qəza nəticəsində 39 nəfər ölüb, 152 nəfər yaralanıb.
"Hökumət Adamuzdakı faciə ilə əlaqədar üç günlük rəsmi matəm elan edəcək", - deyə KİV-in məlumatında bildirilib.
Xatırladaq ki, yanvarın 18-də Adamuz şəhəri yaxınlığında iki sürət qatarı toqquşub. Qəza yerli vaxtla təxminən saat 19:40-da (Bakı vaxtı ilə saat 22:40 - red.) qeydə alınıb. 317 sərnişinlə Malaqadan Madridə gedən qatar relsdən çıxaraq qonşu yola keçib, həmin istiqamətdə hərəkət edən və təxminən 100 sərnişin ilə Madriddən Uelvaya doğru hərəkətdə olan digər qatarla toqquşub.