Medianews.az
NATO Baş katibinin müavini
70 baxış

NATO Baş katibinin müavini Bakıya gəlir

NATO Baş katibinin müavini Radmila Şekerinska yanvarın 21-də Bakıya səfər edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Alyansın Mətbuat Xidməti məlumat yayıb.

R. Şekerinska səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşəcək.

O, beyin mərkəzlərinin nümayəndələri və NATO-ya üzv ölkələrin səfirləri ilə də müzakirələr aparacaq.

Bizə qoşulun