Medianews.az
Azərbaycanda əhali ötən il benzin və dizelə
88 baxış

Azərbaycanda əhali ötən il benzin və dizelə bu qədər pul xərcləyib

2025-ci ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,856 milyard manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü illə müqayisədə 7,8% çoxdur.

Qeyd edək ki, 2025-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 67,6 milyard manatlıq, o cümlədən 36,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 30,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyriərzaq malları üzrə 6,8 faiz artıb.

Bizə qoşulun