"Ana" şeirinin səsləndirildiyi anlar televiziya tamaşaçılarını kövrəldib.
Milli.Az xəbər verir ki, aparıcı Vüsalə Əlizadə verilişinin canlı efirində duyğularına hakim ola bilməyərək göz yaşlarını saxlaya bilməyib.
Sözügedən anlar studiyada emosional ab-hava yaradıb və izləyicilərin diqqətini çəkib. Canlı yayım zamanı baş verən bu duyğulu məqamlar qısa zamanda sosial şəbəkələrdə paylaşılaraq geniş yayılıb.
Sosial media istifadəçiləri anaya həsr olunan şeirin hər kəsi kövrəltdiyini qeyd ediblər. Video minlərlə baxış toplayıb.
Qeyd edək ki, Vüsalənin anası Lütviyyə Əlizadə xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub.