Rusiya prezidenti Vladimir Putin Epifaniya bayramı münasibətilə ənənəyə uyğun olaraq xaç suyunda üzüb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin hər il olduğu kimi bu il də ayində iştirak edib: "Vladimir Putin hər il olduğu kimi kimi dəfə də suda üzdü. Bu, həm onun üçün, həm də Kremldə çalışan bütün pravoslav xristianlar üçün böyük bayramdır. Bir çoxları bu müqəddəs ayini yerinə yetirir".
Peskov əlavə edib ki, bəzi insanlar bu ənənəyə riayət etmir və bunun hər kəsin şəxsi seçimi olduğunu vurğulayıb.
Qeyd edək ki,“Müqəddəs Epifaniya” Rus Pravoslav Kilsəsində hər il yanvarın 19-da qeyd olunur.
