Medianews.az
Afət Fərmanqızı: “Belə “blatnoy” oğlansansa...” -
118 baxış

Afət Fərmanqızı: “Belə “blatnoy” oğlansansa...” - ÖZƏL + FOTO

“Mübariz mənə yalandan söz atmışdı. Guya mən bununla gedib Babək prospektində yerləşən avtosalonlardan birindən qalinvagen almışam. Bu da pulun çatmayan hissəsinə zamin durub, dostlarına guya deyib ki, “gözləyin, maşını banka salmayın”.

Belə yalandan danışıb mənə şər atmışdı. Tolik də, mən də efir vasitəsilə onun payını verib, yerində oturtduq. Mən birinci qalinvagenimi Teymur Əliyev küçəsindəki avtosalonlardan birindən, Şəfa adında gürcüstanlı şəxsdən almışdım. Oğlumla birlikdə bəyənmişdik. Hansı ki, Tolik sonra o avtomobili öz verilişində çıxartdı və şou xatirinə aldığım avtomobili mənə hədiyyə etdilər. Şoudur da. Əcəb də etdilər. İkinci qalinvagenimi də 2020-ci ildə 145 min dollara nəğd pulla almışam. Belə olan halda da bu yalan danışır.

Adımı çəkmir, deyir ki, “efirə onun üçün qalinvagen gəlib”. Efirə də qalinvagen təkcə mənə gəlib. Bu camaatın gözünün qabağında və ailə üzvlərimin yanında məni yalançı kimi çıxarıb. Mən də onun yalanını ifşa etdim".

Bunu Medianews.az-a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı aşıq Mübariz Camaloğlunun yalanlarını ifşa edərkən deyib. O daha sonra əlavə edib və bildirib ki, Mübariz dəfələrlə ona qarşı yalan danışıb:

“Bu maşın söhbətlərini ortaya atanda onu canlıya qoşub soruşdum ki, sən haradan gedib mənim üçün maşın almısan?! “Blatnoy” oğlansansa, dostların dediklərin kimdirsə sənə elə babat maşın verib, pulunu da gözləsinlər də. İllərdir bir maşının içində qalmısan. Mən Babək prospektindən gedib maşın almamışam. Özü ağılda adamlar onun yalanlarına inanır. Yalanın, böhtanın qarşısını almaq lazımdır. İndi də Arzu Mələyin üzünə at kimi dayanıb deyir ki, “dostumun toyu üçün sənə 300 manat elə-belə yolxərci vermişəm”. Mən bir izləyici kimi elə bildim ki, həqiqətən belə olub. Verilişdən sonra Arzu ilə danışdım. Biz 20-25 ildir ki, Arzu ilə yaxınıq. Mən onu düzgün danışan qız kimi tanıyıram. Mübariz it yalançısıdır, bunu hamı bilir. Mübarizin çox yalanları var. O vaxt qazi olmayan bir adamı yanımıza gətirib, restoranda bizlərdən qonaqlıq istəyirdi. Hətta 3-4 nəfərlə bizim evə gəldi. Çəkib instaqrama da yüklədim. Onlarla fəxr etdiyimi dedim. Deyirdi ki, bunlar Laçına bayraq sancan oğlanlardır. Dolma bişir, kabab al, stol aç, filan elə... Halal xoşları olsun. Mən yeyib-içməyə danışmıram. Mən ali savadlı insan bu kəmsavada inandım. Bu kəmsavad məni aldatdı. Sən demə onlar qazilərin adından istifadə edən “moşşeniklər” imiş.. Dələduzları gətirib evimə salıb. Heç müharibədə belə olmayıblar. Belə yalançılıqları çoxdur. Arzu Mələk də dedi ki, bu insan it yalanı danışır, böhtan atır. Belə məlum olur ki, bu ev yiyəsindən pul alıb, Arzuya da pul verməyib. Efirə də ev yiyəsi baxacaq axı.. Biləcək ki, Arzuya pul verməyib” deyə müğənni bildirib.

Medianews.az

Bizə qoşulun