Yanvarın 14-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 71,75 dollara təklif olunur.
Medianews.az bildirir ki, bu, ayın start qiymətindən 6,04 dollar yuxarı göstəricidir.
2026-cı ilin dövlət büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” ilə 65,71 dollarla başlayıb.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.