Medianews.az
Dünyanın ən çirkli havası olan şəhərinin
69 baxış

Dünyanın ən çirkli havası olan şəhərinin ADI AÇIQLANDI

Qırğızıstanın paytaxtı Bişkek bir həftə ərzində ikinci dəfə dünyanın ən çirkli havaya malik şəhərlərinin reytinqində birinci yeri tutub.

Oxu.Az xəbər verir ki, bu barədə "World Air Quality" təşkilatının məlumatlarında qeyd olunub.

Hazırkı sözügedən postsovet şəhərinin havasının keyfiyyət indeksi 310 AQI-dir (Dünya Hava Keyfiyyəti İndeksi). Normalda hava keyfiyyəti indeksi 50 AQI-dən az olmalıdır.

Xəbərdə bildirilir ki, havanın çirkli olması sakinlərdə astma tutmaları və öskürəyə səbəb ola bilər.

Bizə qoşulun