Medianews.az
Milyarderlərin ağlasığmaz sərvəti -
118 baxış

Milyarderlərin ağlasığmaz sərvəti - Saniyədə görün nə qədər qazanırlar

Britaniyanın beynəlxalq humanitar yardım təşkilatı "Oxfam" dünya üzrə milyarderlərin ümumi sərvətini açıqlayıb.

Publika.az xəbər verir ki, hesabata görə, İlon Mask, Bernard Arno, Ceff Bezos, Larri Ellison və Mark Zukerberq də daxil olmaqla, dünya üzrə təxminən 3 min milyarderin ümumi sərvəti ötən il 2,5 trilyon dollar artaraq 18,3 trilyon dollara çatıb.

Bu, 2020-ci illə müqayisədə 81 faiz artım deməkdir. Dünyanın ən varlı 12 şəxsinin hazırda 4 milyarddan çox insanın ümumi sərvətindən daha çox pulu var.

Hesabata görə, sərvəti 500 milyard dolları keçən ilk şəxs olan "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask orta gəlirli bir insanın illik gəlirini dörd saniyədə qazanır.

Bizə qoşulun