Medianews.az
İranda ölən və yaralananların sayı artıb
226 baxış

İranda ölən və yaralananların sayı artıb

ABŞ-nin hava zərbələri nətricəsində İranda 50-dən çox insan həlak olub, 517 nəfər yaralanıb.

Bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur "X" sosial şəbəkəsində bildirib.

"19 iyul səhər saat 7:00-a olan vəziyyətə görə, ABŞ-nin aviazərbələri nəticəsində 517 nəfər yaralanıb, 50-dən çox insan həlak olub", - o yazıb və əlavə edib ki, yaralılar arasında 35 qadın və 18 yaşından kiçik 19 nəfər var.

Bundan başqa, ölən 5 qadın və 2 nəfər 18 yaşından kiçik vətəndaşlardır:

"468 nəfər müalicədən sonra evə buraxılıb. Hazırda 33 nəfər xəstəxanadadır".

Xatırladaq ki, bu məlumatın ilkin forması iyulun 18-də açıqlanıb./Report

Bizə qoşulun