Medianews.az
İnsanları robotlar əvəz edəcək? -
112 baxış

İnsanları robotlar əvəz edəcək? - 2040-cı il üçün iddialı plan

Yaponiya 2040-cı ilədək 18 müxtəlif sahədə 10 milyon süni intellekt dəstəkli robotun istifadəsini nəzərdə tutan yeni strategiyasını açıqlayıb.

Medianews.az xəbər verir ki, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin hazırladığı plana əsasən, məqsəd ölkədə azalan işçi qüvvəsinin yaratdığı problemləri kompensasiya etməkdir.

Robotların istehsalat, infrastrukturun texniki xidməti, səhiyyə, yaşlılara qulluq, fövqəladə hallara müdaxilə və müdafiə də daxil olmaqla 18 sektorda tətbiq edilməsi planlaşdırılır.

Hökumət həmçinin kompüter ekranı ilə məhdudlaşmayan, fiziki mühitdə fəaliyyət göstərə bilən süni intellekt texnologiyalarının hazırlanmasına 380 milyard yen vəsait ayıracaq.

İqtisadiyyat, Ticarət və Sənaye naziri Akazava Ryosei bildirib ki, müxtəlif sahələr üzrə toplanan məlumatlar Yaponiyanın robotlar üçün süni intellekt texnologiyalarının hazırlanmasında dünya liderlərindən birinə çevrilməsinə xidmət edəcək.

Medianews.az

 

Bizə qoşulun