Medianews.az
İngiltərədə hantavirus şübhəsi:
125 baxış

İngiltərədə hantavirus şübhəsi: kruiz gəmisində yeni yoluxma ehtimalı

İngiltərədə “MV Hondius” adlı kruiz gəmisində qeydə alınan hantavirus hadisəsi ilə əlaqədar daha bir Britaniya vətəndaşında şübhəli yoluxma aşkarlanıb.

Medianews.az xəbər verir ki, bununla bağlı İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumata görə, şübhəli hal ötən ay gəminin dayandığı Cənubi Atlantikdəki Tristan da Cunha adasında qeydə alınıb. Hazırda gəmidə olan digər Britaniya vətəndaşlarında simptom müşahidə olunmur, lakin vəziyyət nəzarətdə saxlanılır.

Gəminin yaxın günlərdə Kanar adalarına çatacağı, oradan Britaniya vətəndaşlarının xüsusi reyslə ölkəyə qaytarılacağı bildirilir. Sərnişinlərin simptom göstərməsələr də 45 gün karantinə alınması nəzərdən keçirilir.

Beləliklə, hantavirusla bağlı Böyük Britaniyada şübhəli və ya təsdiqlənmiş hallar 3-ə yüksəlib.

Daha əvvəl 56 yaşlı keçmiş polis əməkdaşı Martin Anstee xəstəlik səbəbilə Hollandiyaya təxliyə olunmuş, 69 yaşlı digər Britaniya vətəndaşı isə Cənubi Afrikada müalicə altına alınmışdı. Hər iki şəxsin vəziyyətinin stabil olduğu və digər yolçularda simptom aşkarlanmadığı qeyd olunub.

Qyd edək ki, hantavirus əsasən gəmiricilərdən keçən infeksiyadır. Virus çirklənmiş hava, gəmiricinin dişləməsi və ya təmas yolu ilə yayılır. Qızdırma, halsızlıq, əzələ ağrıları, ağır hallarda isə böyrək və tənəffüs çatışmazlığına səbəb ola bilər.

Medianews.az

 

Bizə qoşulun