Medianews.az
İnək uşağa hücum etdi -
155 baxış

İnək uşağa hücum etdi - VİDEO

Hindistanın paytaxtı Yeni Dehlidə sahibsiz inəyin küçədə oynayan azyaşlı uşağa hücumu təşvişə səbəb olub. Uşaq məhəllə sakinlərinin operativ müdaxiləsi nəticəsində xilas edilib.

Medianews.az xəbər verir ki, hadisə şəhərin Tuğlaqabad rayonunda baş verib. Təhlükəsizlik kameralarına düşən görüntülərdə inəyin uşağı təqib edərək yerə yıxdığı və buynuzları ilə ona zərbələr endirdiyi görünür.

Uşağın kömək çağırışını eşidən sakinlər dərhal hadisə yerinə gələrək heyvanları uzaqlaşdırıblar. Yaralı uşaq xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin stabil olduğunu, həyati təhlükəsinin olmadığını bildiriblər.

Hadisədən sonra hücum edən iki inək bələdiyyə əməkdaşları tərəfindən tutularaq heyvan sığınacağına aparılıb.

Yerli hakimiyyət son illər Yeni Dehlidə sahibsiz iribuynuzlu heyvanların sayının sürətlə artdığını və bunun ciddi təhlükəsizlik probleminə çevrildiyini etiraf edib. Rəsmilər qanunsuz fəaliyyət göstərən süd təsərrüfatlarına nəzarətin gücləndiriləcəyini və qayda pozuntularına qarşı sərt tədbirlər görüləcəyini açıqlayıblar.

Medianews.az

Bizə qoşulun