Fransanın paytaxtı Parisdə baş verən bıçaqlı insident zamanı üç nəfər yaralanıb.
Bu hadisə ilə bağlı "Agence France-Presse" (AFP) agentliyi Paris şəhər polis prefekturasının açıqlamasına əsasən məlumat dərc edib.
Verilən məlumata əsasən, hücumu həyata keçirən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
"Le Parisien" nəşrinin əldə etdiyi detallara görə, hadisə Parisin şimal-şərq hissəsində qeydə alınıb. Otuz bir yaşlı kişi üç qadına bıçaqla xəsarət yetirib. Zərərçəkənlərdən biri ağır vəziyyətdə tibb müəssisəsinə yerləşdirilib.
Nəşrin iddiasına görə, saxlanılan şəxs psixi pozğunluqdan əziyyət çəkir./oxu.az