Medianews.az
İncirlik bazasında növbəti həyəcan siqnalı:
96 baxış

İncirlik bazasında növbəti həyəcan siqnalı: Türkiyə Müdafiə Nazirliyindən RƏSMİ AÇIQLAMA

Türkiyənin Milli Müdafiə Nazirliyi İncirlik aviabazasında siren səslərinin eşidilməsi barədə sosial mediada yayılan məlumatlara bağlı açıqlama yayıb.

Medianews.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.

"Sosial mediada İncirlikdə siren səslərinin eşidilməsi barədə iddialar paylaşılıb. Heç bir hücum və ya mənfi vəziyyət yoxdur. Sözügedən vəziyyətin yanlış həyəcan siqnalı olduğu qiymətləndirilir", - deyə nazirlikdən bildirilib.

Bizə qoşulun