Türkiyədə iki avtomobilin toqquşması nəticəsində 3 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
Medianews.az “Haberglobal”-a istinadən xəbər ki, qəza Manisanın Demirci rayonunda baş verib.
Mustafa Vurucunun idarə etdiyi 45 ALD 361 nömrəli avtomobillə Yusuf Dumanın sürdüyü avtomobil üzbəüz toqquşub. Toqquşmadan sonra avtomobillərdən biri alışaraq yanıb.
Hadisə nəticəsində sürücü Yusuf Duman və sərnişin Süleyman Bilgin yanaraq ölüb, digər avtomobildə olan Ali Balcı isə hadisə yerində həyatını itirib.
Yaralılar – sürücü Mustafa Vurucu və sərnişin Harun Duman – təcili yardımla Demirci Dövlət Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Medianews.az