Medianews.az
İdman və depressiya arasındakı
95 baxış

İdman və depressiya arasındakı ƏLAQƏ

Alimlər idman zalında edilən güc məşqləri ilə depressiya arasında müsbət əlaqə aşkar ediblər.

Medianews.az-ın məlumatına görə, tədqiqat nəticələri göstərir ki, müntəzəm fiziki aktivlik psixi sağlamlığı gücləndirə bilər.

Araşdırmaya görə, əzələ gücü artdıqca beynin yaddaş, düşünmə və stresslə mübarizədən məsul olan hipokamp bölgəsinin həcmi də daha yaxşı inkişaf edir. Güclü fiziki vəziyyətdə olan insanların daha aktiv hərəkət etdiyi və ümumilikdə özlərini daha stabil hiss etdiyi qeyd olunur.

Məlumatlara əsasən, ən zəif və ən güclü iştirakçılar arasında depressiya riski təxminən 42 faiz fərq göstərib. Alimlər hesab edirlər ki, müntəzəm güc məşqləri beyni stress və həyati çətinliklərə qarşı daha dayanıqlı edir.

Medianews.az

Bizə qoşulun