ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidə xidmət edən əsgər Hörmüz boğazına doğru səfər zamanı Taylandda meymun hücumuna məruz qalıb.
Medianews.az -ın məlumatına görə, gəmi heyəti Taylandın Phuket şəhərində qısa fasilə zamanı sahilə çıxıb. Bu zaman əsgər meymunun hücumuna məruz qalaraq yüngül xəsarət alıb.
Hadisədən sonra infeksiya riskinə qarşı tədbir görülərək hərbçi Yaponiyaya təxliyə edilib. Onun sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.
Rəsmi açıqlamada qeyd olunub ki, insident gəminin missiyasına təsir etməyib və əməliyyat plan üzrə davam edir.
Medianews.az